Ünvan: Azərbaycan Respublikası, Şəki şəhəri. Niyazi küçəsi
+994 51 226 64 71

Haqqımızda

ASEL AQRO PARK Azərbaycan Respublikasının rezident hüquqi şəxsi olmaqla qoz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşmış şirkətdir. Şirkət Azərbaycan Respublikasının Şəki rayonunda fəaliyyət göstərir.

Füsunkar təbiəti, qədim tarixi, mədəni irsi, özünəməxsus adət-ənənələri ilə seçilən Şəki rayonu, həmçinin, kənd təsərrüfatı üçün münbit torpaqlara və əlverişli iqlimə malik olan Qafqazın incisi rolunu oynayan turizm şəhəridir. Təsadüfi deyil ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Image
Image
İşgüzar və pozitiv komandaya malik olan

ASEL AQRO PARK saysız-hesabsız faydalara malik qoz giləmeyvəsinin çandler ceviz növünün yetişdirilməsi ilə məşğuldur.

Ağaclara qulluq məqsədilə istifadə olunan qulluq məhsulları müvafiq sertifikata malik olmaqla yanaşı dünyaca tanınmış şirkətlərdən idxal edilir. Məhsul yetişdirilməsində bütün aqrotexnik tədbirlər görülməklə orqaniklik əsas götürülür.

Həm yaylaq həm də qışlaq bölgələrinin mövcudluğu, çoxsaylı çayların, göllərin, şəlalələrin və bənzər su ehtiyatlarının mövcudluğu kənd təsərrüfatının inkişafı üçün axtarılan bir yerdir. Hidroelektrik, istilik enerjisi və günəş enerjisi kimi alternativ enerji mənbələri əlavə üstünlüklərdir. Avropa və Asiyanın sərhəddində yerləşən Qafqaz regionunda istənilən sahədə gündən-günə inkişaf üstünlüyü ilə seçilən Azərbaycan Respublikasının kənd təsərrüfatı sektorunda müsbət mənada töhfədə bulunmak missiyamızdır.

Təsisçinin mesajı

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, həmçinin, kənd təsərrüfatına göstərdiyi diqqət və qayğının nəticəsi kimi Azərbaycan Respublikası Qafqaz regionunun durmadan inkişafda olan ölkəsinə çevrilmişdir. Şirkətimizin fəaliyyətinin aid olduğu kənd təsərrüfatı sektoru ölkəmizin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edən iqtisadiyyatımızın əsas sektorlarından biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının yerləşdiyi iqlim qurşaqları, bu iqlim qurşaqlarında mövcud olan iqlim tipləri, günəşli günlərin sayının çoxluğu və sair mövcud olan təbii iqlim şəraiti kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün təkanverici amillərdəndir. Bu sahədə aparılmış təşviqedici islahatlar, o cümlədən kompleks tədbirlər son on illikdə ölkəmizə yerli və xarici investisiya qoyuluşlarının artmasına səbəb olmuşdur.

Image

Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün mənfəət vergisindən, gəlir vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş vergidən, əmlak vergisindən azad edilməsi kimi güzəştlərin 2024-cü ilədək qüvvədə olması, 12 yanvar 2015 tarixli ölkə başçısının sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi, “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi, kənd təsərrüfatı sahəsində istehsala xidmət məqsədilə idxala görə sahibkarlara dövlət dəstəyi, həmçinin, subsidiyaların verilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün saymaqla bitməyəcək qədər çox olan islahatlar ölkəmizi Qafqaz regionunun kənd təsərrüfatı məhsullarının ixracatçısına çevirmişdir. Bir sahibkar kimi Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin yaratdığı bu şəraitdən müsbət mənada istifadə edərək peşəsini sevən vətənpərvər gənclərdən ibarət qurduğum komanda ilə respublikaımızın kənd təsərrüfatı sektoruna müsbət töhfə verməyi, yeni iş yerlərini açmağı və ixrac yönümlü istehsalat qurmağı özümə vətəndaş borcu bilərək ASEL AQRO PARK MMC şirkətini təsis etmişəm. Savadlı mütəxəssisləri, vətənpərvər, işgüzar və bacarıqlı gəncləri öz komandamızda görməyə hər zaman hazırıq.