Çandler Ceviz ağacı Kaliforniya Universiteti tərəfindən 1979 –cu ildə tapılaraq istehsalına başlanılmışdır.
Haqqımızda
ASEL AQRO PARK Azərbaycan Respublikasının rezident hüquqi şəxsi olmaqla qoz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşmış şirkətdir. Şirkət Azərbaycan Respublikasının Şəki rayonunda fəaliyyət göstərir.
Füsunkar təbiəti, qədim tarixi, mədəni irsi, özünəməxsus adət-ənənələri ilə seçilən Şəki rayonu, həmçinin, kənd təsərrüfatı üçün münbit torpaqlara və əlverişli iqlimə malik olan Qafqazın incisi rolunu oynayan turizm şəhəridir.
Daha ətraflı oxu
Xidmətlərimiz
-
Hər növ meyvə bağlarının salınması
-
Ziyanvericilərə və xəstəliklərə qarşı tədbirlər
-
Məsləhət xismətləri
-
Landşafta qulluq xidməti
Missiyamız
Həm yaylaq həm də qışlaq bölgələrinin mövcudluğu, çoxsaylı çayların, göllərin, şəlalələrin və bənzər su ehtiyatlarının mövcudluğu kənd təsərrüfatının inkişafı üçün axtarılan bir yerdir. Hidroelektrik, istilik enerjisi və günəş enerjisi kimi alternativ enerji mənbələri əlavə üstünlüklərdir.
Ağaclara qulluq məqsədilə istifadə olunan qulluq məhsulları müvafiq sertifikata malik olmaqla yanaşı dünyaca tanınmış şirkətlərdən idxal edilir. Məhsul yetişdirilməsində bütün aqrotexnik tədbirlər görülməklə orqaniklik əsas götürülür. Əsas məqsədimiz məhsullarımızın istehlakçılarının məmnunluğunu təmin edərək ixrac yönümlü istehsalat təşkil etməkdir. Kənd təsərrüfatı məhsulları arasında artan qoza tələbatı nəzərə alaraq bu sahədə ixtisaslaşmağı hədəfləyirik.